Sarkisyan: “Daha Zəngilan meşələrindən ağac kəsə bilməyəcəyik” – VİDEO

462

Ermənistanın Sünik əyalətinin Sünik kəndini Azərbaycanla Boxça çayı ayırır. Çayın bu sahilində Martuninin evidir, digər sahilindəki səngərdə isə Azərbaycan əsgərləri keşik çəkir.

Sünikdən hazırlanmış video-reportajı təqdim edirik:

Martun Arzumanyan: “Kimsə sərhəddə yaxın olmalıdır. O da bizik. Onlar hündürdən danışanda burada eşidilir. Mən də türkcə bildiyimdən onların dediklərini qeyd edirəm”.

Babken Mamelyan: “Çayın eni vur-tut 10-12 metrdir. Daşda da atsalar, bizim kəndə düşəcək”.

Bu kənd on illərlə azərbaycanlılarla qonşu olub. Deyirlər ki, o vaxt heç sərhədin yerini də bilmirdilər.

Anuşavan Sarkisyan danışır: “O zaman sovetin vaxtı idi. O da hər şeyi idarə edirdi. İndi kim edəcək?”

Anuşavan elektik mişarını zirzəmiyə qoymaq üçün təmizləyir. İndən belə Zəngilan müşələrindən ağac kəsə bilməyəcək axı. O, kənddə sakit həyatı təsəvvür eləmir.

Anuşavan Sarkisyan: Necə hüzurlu yaşayasan ki, düşmən səndən cəmi bir neçə metr aralıda durub. Bu gün-sabah mal-qara onların ərazisinə keçəcək. Adam keçəcək. Tutub aparacaqlar.

Amma Anuşavanın yoldaşı yadına keçmişi salaraq ərini sakitləşdirməyə çalışır.

Ofik Martirosyan: Əvvəl yaxşı yaşayırdıq. “Sevincimiz də bir olurdu onlarla”.

Anuşavan Sarkisyan: “Bəsdi də. Kəs səsini!”

Ofik Martirosyan: “Nədir, xoşbəxt olmamışıq? Bir yerdə yaşayırdıq da.

Anuşavan Sarkisyan: “Azərbaycanlılarla nə xoşbət-xoşbəxt”…

Ofik Martirosyan: “Hə, Azərbaycanlılarla xoşbəxt deyilik. Ümumiyyətlə, onları görməyə gözüm yoxdur”.

Rima Aleksanyan: “Bu ev türkün idi. O biri ev erməninin. Aramızda heç bir anlaşılmazlıq yox idi”.

Bir-biri ilə hüzur içində, mehriban qonşu kimi yaşasalar da, indi bu xoş münasibətin qayıdacağına inanmır.

Rima Aleksanyan: “Odur bax, bayraqlarını ora taxıblar. Lap yaxınlıqda. Qorxuruq, niyə qorxmuruq. Görən qorxacaq da. Başlarına daş düşmüş türklər yenə gəldilər. Qorxacağıq da, niyə qorxmuruq?”

Fruns Zakaryan: “Bütün günü Sünik-Sünik deyirlər. Nə olub ee süniklilərə?!. Onlar özləri üçün orda durublar, biz də burda durmuşuq. Heç bir təhlükə-zad yoxdur. Siyasi boşboğazlar bütün günü it kimi hürürlər. Süniklilər qorxaq deyillər”.

Bakıdan qaçqın düşmüş Elena Hayrapetovanın gəzişmə ovqatı yoxdur. Bakıdan qaçıb Sünikə gəlib:

“Hər gecə saat 1-dən 5-in yarısına qədər güllə atırlar. Söyüş söyür, ağıllarına nə gəlir, edirlər. Demək olar ki, biz yatmırıq. Onların səsini eşitməmək üçün televizorun səsini qaldırıram. 21 yaşlı qızım var. O da ço qorxaq təbiətlidir”.

Sünik kəndi Qafan Hava Limanının lap yaxınlığındadır. Burda 161 ailə yaşayır. Kənddə Qarabağdan gəlmiş ailələr də var. Onların torpaq sahələri də çayın sahilində yerləşir. O sahələri qorxa-qorxa əkib-becərirlər.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Video Oynadıcı