Sambo üzrə dünya çempionatının keçirilmə yeri DƏYİŞDİRİLDİ

144

Sambo üzrə dünya çempionatı 2021-ci ilin payızında Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək.

Bu barədə Ümumdünya Antidopinq Agentliyi (WADA) məlumat yayıb.

Qeyd olunub ki, çempionatın öncə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilməsi planlaşdırılırdı. Lakin Ümumrusiya Sambo Federasiyası Beynəlxalq Sambo Federasiyasına (FIAS) və Moskva meriyasına turnirin 2025-ci ilə qədər təxirə salınması xahişi ilə müraciət edib.

“WADA, Beynəlxalq Sambo Federasiyasının 2021-ci ildə Moskvada keçiriləcək Sambo üzrə dünya çempionatının təxirə salınması barədə qərarını təsdiqləyib”-deyə, məlumatda qeyd olunub.

Daşkəndə keçiriləcək dünya çempionatı 11-15 noyabr tarixlərində keçiriləcək. \\Report