Sabiqlərin həbsi… Onları həbs etməklə xalqın güzaranı düzəlməyəcək…

585

Son zamanlar korrupsiyaya qarşı mübarizə və islahatlar adı altında  məmurların bir  çoxu  həbs  olunur. Hətta  bu  prosesə  sabiqlər də  daxil  edilir. Bu  haqda  məlumatlar  dövlət, ən  çox  da  internet  televiziyaları  tərəfindən  cəmiyyətə  çatdırılır. Xəbərlərdən  aydın  olur  ki,  bəs,  filan  məmur  milyonlarla  manat  pulu  korrupsiya  vasitəsiylə  mənimsəyib.

Yaxud yada düşür  ki, hansısa  sabiq  nazir   vəzifədə  olanda  nəinki  milyon,  hətta dövlətin milyardlarla  vəsaitini  şəxsi  cibinə  axıdıbmış. Və  onu  da  qatırlar  həbs  olunanların  sırasına.

Belə  xəbərlərdən  sonra  söz  söhbət, mübahisə , dartışma  qızışır. Biri  deyir, Beynəlxalq  Bankın  sabiq  müdiri Cahangir  Hacıyev 10  milyard  dollardan  çox  pulu  yox  etdi, ona  cəmi  elə  təxminən  10  il  iş  kəsdilər.  O  biri  də  yada  salır  ki,  Rabitə  və  İnformasiyalar  Nazirliyinin  sabiq  şefi  Əli  Abbasov  işlədiyi  müddətdə  maaşdan  əlavə  300 (üç  yüz) min manat  paket də  əlavə  vəsait  alırmış. İşdən  çıxartdılar, indi də kişi AMEA da məsul vəzifədədir.

Sabiq  Nəqliyyat  Naziri  Ziya  Məmmədov ,  sabiq  Verğilər  Naziri  Fazil  Məmmədov ,  sabiq  Gömrük  Naziri  Aydın  Əliyev ,  sabiq  Kənd  Təsəüfatı  Naziri  Heydər  Əsədov ,  Milli  Məclisin  sabiq  sədri  Oktay  Əsədov  və  s.  onlarla  sabiq  yüksək  çinli  məmur  işlədiyi  dövrdə  əyri  yollarla  milyonlarla  sərvət  əldə  edib.

Kimsə  də  bildirir ki, bəs,  bilmirsiniz,  Fövqaladə  Hallar  Naziri  Kəmalləddin  Heydərov   dövlətin   28 (iyirmi  səkkiz )  milyard  dollar  dəyərində  sərvətini  şəxsi  büdcəsinə  yönəldib.  O yandan  məsələn,  Vəlinin  dili   dinc  durmur  və  söyləyir: “Keçmis  Respubluka  Prokuroru  Zakir  Qaralov vəzifədə  olanda  milyonlarla  vəsaiti  neytrallaşdırıb”.  Əli də  deyir: “Sabiq  Milli  Təhlükəsizlik  Naziri  Eldar Mahmudov öz  dövründə  yüksək  çinli  məmurları  hər  ay  milyonlarla  manat  səviyyəsində “tasa”  otuzdurubmuş”. 

Yaxud “Hava  Yolları“nın  rəhbəri  Cahangir  Əskərov  dövlətə  yox ,  öz  cibinə  işləyir və s…

Bu  cür söhbətlər  son  zamanlar  o  qədər  çoxalıb  ki ,  bilinmir  bunların  hansı  yalan,  hansı  doğrudur. Yalandırsa, yalan  olsun. Yox,  əgər  deyilənlər  düzdürsə,  onda  belə  məlum  olur  ki,  yüksək  vəzifədə    işləyən  dövlət  məmurlarının  əksəriyyəti  dövlətin  büdcəsini   talamaqla  məşğul   olub.   Bu  məmurların  sayını  və  mənimsədikləri  pulları  təxmini   hesablayanda  aydın  olur  ki,  son  15   ildə   ən  azı 300 (üç  yüz) milyarddan  çox  vəsait  oğurlanıb.

Konstitutsiyamızda  açıq-aydın  yazılıb ki ,  dövlətin  mənbəyi  xaqdır.  Deməli,  bu  məmurların   mənimsədikləri  pullar  əslində  xalqındır.  Vətəndaşlarımızın  əksəriyyəti  sadə,  sadəlövh,  bəzən  də  öz  hüquqlarını  tələb  etməyə  tənbəl  olduqları  səbəbindən,  özünə çatası vəsaitiin  itirilməsinə  hələ dözür.

Bazarda ,  markertlərdə ,   dükanlarda  isə  malların  qiyməti  günü-gündən  qalxır.  Pandemiya  da  bir  yandan  camaatı  çaşdırıb .  Nəticədə  ölənlərin ,  xəstələnənlərin ,    sayı  hər  gün artır.

Yaşayış  səviyyəsi  pisləşdikcə  ölkədə  oğurluq , əliəyrilik,  kriminal  və  intihar  halları  azalmır.

Dövlətin  borcu  30  (otuz) milyard  dollara  yaxındır . Gizli  iqtisdiyyat  bu  gün  də  dövriyyədədir .  Yəni büdcəyə çatası  pullar  yenə  məmurlar  tərəfindən  oğurlanır . Talan  davam  edir , borc  çoxalır.

Gənc  nəsil  niyə  bizim  əvəzimizdən  xarici  dövlətlərə  borc  ödəməlidir?!  Niyə  pis  yaşamağa  davam  etməlidir?!   Niyə  hansısa  nazirin  qudurğan  balası  atasının  xalqdan  oğurladığı  pullarla  aldığı   avtomobillə  insanların  üstündən keçib, onları  bədbəxt  etməlidir?!  Niyə  məmurun  övladı   hər  gün  təzə paltar  geyinməli ,   kasıbın  balası  da  ona  baxıb  məyus  olmalıdır ..?!

Qarşıdan  Novruz  bayramı  gəlir .  İnsanlar  sevinmək  istəyir. Ancaq  əvəzində  millətin  böyük  əksəriyyəti  çörəklə  imtahana  çəkilir.

Xalqın  üç  min  cavan  oğlu doğma  Qarabağın  azadlığı  uğrunda  şəhid  oldu. Minlərlə  gənc  şikəst  qaldı . Qazilərimiz  öz  halal  haqqlarını  ala  bilmir . Zabitlərimizin  çoxunun  şəxsi  evi  yoxdur ,  maaşları  artırılmaq  əvəzinə,  azaldılır. İgid,  cəsur komandirlərimiz  Xankəndini işğaldan azad  etdi,  naməlum  səbəbdən  oranı  tərk  etməyə  vadar  edildi.   Əvəzində  rus  hərbçiləri  “sülhməramlıllar ”  adı  altında   Dağlıq  Qarabağımızı  işğal  etdi .  Bu  gün  də  orada  ağalıq  edir .

Bu, həm  millətimizə  həm  də  qəhrəman  Generallarımıza   qarşı  təhqirdir .

Günlər  keçir,  aylar  ötür,  lakin  xalqın güzaranı  düzəlmir,  əksinə  günbəgün  pisləşir.  Belə  getsə, millət kasıbçıbçılıqdan , xəstəlikdən  öləcək, imkan  tapan  da  ölkəni  tərk  edəcək.

Düşmənlərimizə  də  elə  bu  lazımdır ki, Azərbaycan  boşalsın,  yeraltı  yerüsrü  sərvətlərlə zəngin  ölkəmiz  onlara  qalsın.

Niyə  belə  olmalıdır?!  Millətin  içində  Hacı  Zenalabdin  Tağıyevlər, Nağıyevlər, Muxtarovlar,  Üzeyir  Hacıbəyovlar,  Mirzə  İbrahimovlar, Şıxəli  Qurbanovlar, Əbülfəz  Elçibəylər  daha  yoxdur…?!

Fikrimcə,  xalqını, millətini,  vətəndaşını,  soydaşını  düşünən  insanlar  bizdə  kifayət  qədərdir . Sadəcə  çox  “yatırlar”,  onları  soyuq  su  ilə  oyatmaq  lazımdır.

Qəvami  SADIQBƏYLİ