Sabah Gürcüstanın baş naziri postuna yeni namizəd təqdim ediləcək

222

“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bəyan edib ki, hakim siyasi komanda bütün diqqətini yeni hökumətin qurulmasına yönəldəcək.

O bildirib ki, baş nazir vəzifəsinə böyük ehtimalla sabah yeni namizəd göstəriləcək. “İndi siyasi komandamızın diqqət mərkəzində əsas yeri yeni hökumətin qurulması tutacaq.

Nazirlər Kabinetinin tərkibinin tamamlanması qanunla nəzərdə tutulmuş ən qısa müddətdə başlayacaq və bitəcək. Gözlənilir ki, siyasi şura sabah bir araya gələrək yeni baş nazir namizədi təyin edəcək”, deyə Kobaxidze sözlərini yekunlaşdırıb.

Tərcümə etdi: Ülviyyə Şükürova