Saakaşvilinin partiyasının sədri həbs edildi

138

Hurriyyet.org xəbər verir ki, Gürsüctanın “Vahid Milli Hərəkat” müxalifət partiyasının sədri Nikanfor Meliya bu gün Tbilisidə həbs edilib.

VMH partiyasının üzvlərinin sözlərinə görə, partiyasının ofisinə xüsusi təyinatlılar gəlib və qaz buraxıblar. Ona görə də partiya üzvləri sədrin tutulmasının qarşısını ala bilməyiblər.

Güc strukturlarının əməliyyatı nəticəsində Meliyanın tərəfdarlarının bir neçəsinin zərər çəkdiyi bildirilir.

Gürcüstan DİN hələlik bu barədə açıqlama verməyib. Xatırladaq ki, məhz müxlifətin müqaviməti nəticəsində VMH partiyasının lideri bir neçə gün bundan əvvəl həbs olunmaqdan xilas olmuşdu. Bu səbəbdən keçmiş Baş nazir Georgi Qaxariya istefa vermişdi. Bu günlərdə Gürcüstan parlamenti İrakli Qaribaşvilini ölkənin yeni Baş naziri seçib.

“Vahid Milli Hərəkat” partiyasının əsasını Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili qoyub. 2021-ci ildə Saakaşvilinin partiyası parlament seçkilərində məğlub olanda hakimiyyətə biznesmen Bidzina İvanaşvilinin əsasını qoyduğu “Gürcü arzusu” koalisiyası gəlib. O vaxtdan bəri “Gürcü arzusu” hakimiyyətdə, VMH isə müxalifətdədir.

Məhkəmə Meliyanı həbs elmək əmrini 17 fevralda verib. O, 2019-cu ilin yayında milli parlamenti hücumla almaq cəhdində ittiham edilir. Fevralın 16-da parlament onu deputat toxunulmazlığından məhrum edib.