Saakaşvili: Poroşenko mənə öz kabinetində dedi ki…

135

Pyotr Poroşenko prezident olanda ondan təhdidlər alırdım.

Axar.az xəbər verir ki, bunu Ukrayna Milli İslahat Şurasının İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvili deyib.

“Burada deyilir ki, demokratik sistemi sələflər qoruyub saxlayıblar. Mən bu demokratik sistemi yaxşı xatırlayıram. Prezident Poroşenkonun kabinetində o və prokuror Luçenko mənə şəxsən deyirdilər ki, əgər susmasam… Onlar deyirdilər ki, Mixail, incimə, bu siyasətdir və biz sənə iş qaldıracağıq”, – deyə o bildirib.