Saakaşvili Meliyanın həbsini “soyqırımı” adlandırdı

195

Hurriyyet.org xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bu gün əvvəllər rəhbərlik elədiyi müxalifətçi “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Meliyanın 2019-cu ildə parlamentdə baş vermiş hücumda ittiham edilərək həbs olunmasını “genosid” adlandırıb.

Onun əsas hədəfi Gürcüstanın gizli lideri hesab olunan Bidzina İvanaşvili olub: “İndi baş verənlər – soyqırımıdır, İvanaşvili ilə onun ətrafının ölkəmizi tamamilə məhv eləmək istəyidir. Bu da bizim düşmənlərimizin maraqlarına xidmət edir”.

Saakaşvili “Vahid Milli Hərəkat” tərəfdarlarına bu ağır mübarizəni hökmən başa çatdıracaqlarını vəd edib.

Xəbər verdiyimiz kimi, Nika Meliya bu gün səhər saatlarında polisin xüsusi əməliyyatı ilə həbs edilib. Polisin qarşısını kəsmək istəyən onlarla tutularaq polis idarəsinə aparılıb.