Səudiyyənin hərbi təyyarəsi havada vurdu!

48

Hurriyyet.org xəbər verir ki, Husilərlə Səudiyyə ordusu arasında döyüşlərin davam elədiyi bir vaxtda, Səudiyyə Ərəbistanına məxsus bir qırıcının Husilərə məxsus olduğu bildirilən bir dronu vurduğu yeni bir video yayılıb.

Videoda “Qased” seriyasından olan bir kamikadze dronun Səudiyyə Ərəbistanının F-15 qırıcısı tərəfindən vurulduqdan sonra parçalandığı görünür.

Səudiyyə Ərəbistanı Husiləri hərbi bölgələrə dron hücumları etməkdə ittiham edir. Krallıqdan verilən açıqlamada ötən həftə Husilərin Cazan liman şəhərindəki bir neft quyusuna hücum edərək yanğına səbəb olduqları bildirilir.

ABŞ Prezidenti Cizef Bayden isə ötən ay verdiyi açıqlamada ölkəsinin Yəməndəki müharibədə Səudiyyə Ərəbistanına dəstəyini dayandırdığını və Husiləri terror təşkilatı siyahısından çıxardığını bəyan etmişdi. Bayden eyni zamanda ABŞ-ın Səudiyyə Ərəbistanının xarici hücumlardan müdafiəsinə kömək etməyə davam edəcəyini də vurğulayıb, lakin ABŞ XİN-dəki başqa bir çıxışında “müharibənin bitməli olduğunu” söyləyib.

ABŞ iqtidarı Husilərin İran tərəfindən silahlandırıldığını bildirir, Tehran isə bu iddiaları rədd edir.