Səudiyyə Ərəbistanının hərbi bazası ballistik raketlə vuruldu

444

Hurriyyet.org xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi Husilər Səudiyyə Ərəbistanının cənubunda bir hərbi bazaya ballistik raketlə hücum elədiklərini bəyan ediblər.

Yəmən hökumətini dəstəkləyən Səudiyyə Ərəbistanının lideri olduğu koalisiya qüvvələrinin Husilərin Səudiyyə Ərəbistanının cənubuna atdığı ballistik raketin məhv edildiyini bildirməsindən sonra Husilərin mətbuat katibi Yəhya Seri yazılı açıqlama verib.

Seri açıqlamasında Səudiyyə Ərəbistanının cənubundakı Hamiş Muşayt bölgəsində yerləşən Kral Xalid hava bazasını ballistik raketlə hədəfə aldıqlarını və hədəfin mərkəzindən vurduqlarını bildirərək deyib: “Bu, davam edən bombardmana və amansız mühasirəyə cavabdır”.