“Səs” qəzetinin redaktoru: ““Qardaşım (“Hacı bəla”nın sağ əli) işlədiyi dövrdə rüşvət almayıb”

111

“Qardaşım 2001-ci ildən 2018-ci ilədək Bakı şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə, həmçinin aparat rəhbəri kimi fəaliyyət göstərib. 2018-ci ildə rəhbərlik dəyişəndə işdən öz ərizəsi ilə azad olunub. O, artıq dünən həbs edildi”

Hurriyyet.org xəbər verir ki, bunu Rasim Quliyevin qardaşı, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Unikal.org-la əlaqə saxlayaraq bildirib.

Onun sözlərinə görə, indiyədək qardaşı barəsində istintaq işi aparılmayıb:

“Yalnız bir dəfə 2018-ci ildə izahat alındı, qurtardı.

İşlə bağlı appelyasiya şikayəti verəcəm. Mən qardaşımı şərəfli və ləyaqətli bir insan kimi tanımışam. O, dövlətinə və xalqına şərəflə xidmət edib.

Qardaşım 1990-cı ildə tələbə hərəkatının liderlərindən biri olub və 1992-ci ilin dekabr ayında AXC-Müsavat hakimiyyəti dövründə siyasi məhbus kimi həbs edilib. O, 1993-cü ildə aclıq aksiyasına başlayıb və nəhayət Ulu Öndərin müdaxiləsindən sonra qardaşım azadlığa buraxılıb.

Mən demirəm ki, qardaşımın həbs edilməsi birbaşa Hacıbala Abutalıbovla bağlıdır. Mən əminəm ki, cavabdeh şəxslər gec-tez üzə çıxarılacaq və cəzalandırılacaq. Qardaşım (Söhbət “Hacı bəlanın sağ əlindən gedir – Ovqat.com) işlədiyi dövrdə rüşvət almayıb.


“Mənim xalqım bütün hər bir problemi bilir, başa düşür və həll etmək üçün əlindən gələni edir” – Hacıbala Abutalıbov

Mən konkret olaraq deyim ki, Rasim Quliyevi yaxından tanıyanlar bilir ki, o, çox təmiz bir insandır.

Bu hadisələr baş verəndə qardaşım hədəf kimi seçilməməli idi. İnanıram ki, haqq-ədalət öz yerini tapacaq.”