Şərqi Çin dənizində gərginlik

1890

Hurriyyet.org xəbər verir ki, Şərqi Çin dənizində gərginlik artır. Çinin iki sahil təhlükəsizlik gəmisi Yaponiyaya məxsus sahil sularına, mübahisəli Senkaku Adaları ətrafına daxil olublar. Yerli vaxtla səhər saat 04.15-də gəmilər Taişoo-jima adasının yaxınlığında ov edən yapon balıqçıların qayıqlarına yaxınlaşıblar. Yaponiyanın sahil təhlükəsizliyi gəmiləri ora gələrək balıqçı qayıqlarını himayə ediblər.

Çinin gəmilərinə bölgəni tərk etmək üçün xəbərdarlıq edilib.Yaponiya tərəfinin açıqlamasına görə, Çin gəmiləri Senkaku ətrafında bu il indiyə qədər 7 dəfə Yaponiya quru sularına daxil olub.