Sərkisyan açıqladı: Rusiya ilə yol xəritəsi…

18

Rusiya ilə münasibətlərimiz üçün qarşılıqlı maraqlara əsaslanan yol xəritəmiz olmalıdır.

Bunu Ermənistan Prezidenti Armen Sərkisyan “Aravot” qəzetinə müsahibəsində deyib.

“Unutmaq lazım deyil ki, söhbət balaca Ermənistandan və dünya nəhəngi olan bir dövlətdən gedir. Hər şeydən əvvəl münasibətlərimiz mövcud reallıqlar əsasında qurulmalıdır. Biz bir dövlətdə 200 il birlikdə yaşamışıq. Əvvəl Rusiya imperiyası, sonra SSRİ.

Bununla birlikdə, iki ölkə arasında münasibətlər qurarkən hissləri bir kənara qoymalı və gündəmi soyuq, praqmatik, hərtərəfli təhlil və dialoq yolu ilə formalaşdırmalıyıq”, – Sərkisyan bildirib. \\Axar