Sərdar Ortaç Paşinyandan danışdı: “Ermənilərin rəhbəri ruhi xəstədir”

Hurriyyet.org xəbər verir ki, Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç Azərbaycana hücum edən Ermənistan rəhbərliyini tənqid edib.

Ortaç  Gəncənin dinc sakinlərinin ölümü ilə nəticələnən hücumdan danışarkən deyib: “Əsgərin varsa əsgərlərlə döyüş, dinc sakinlərin üstünə raket atmamalısan. Erməni xalqına sözüm yoxdur, lakin onlara rəhbərlik edən adam ruhi xəstədir”.