ŞƏMKİRİN İCRA BAŞÇISI VƏ MÜAVİNİ SAXLANILDI – İcra hakimiyyətində əməliyyat keçirilib + FOTO (YENİLƏNİB)

87

Şəmkir Rayon İcra Hakimiyyətinin saxlanılan başçısı Alimpaşa Məmmədov Bakıya gətirilib. Məlumatı “Qafqazinfo” yayıb.

Bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan A.Məmmədov hazırda DTX-nın inzibati binasında dindirilir

Hüquq-mühafizə orqanlarının əməkdaşları 09:30 radələrindən etibarən Şəmkir rayon İH-də olub. Bu müddət ərzində araşdırma aparılıb.

Bəzi idarə və müəssisə rəhbərləri sorğuya cəlb olunub. Axtarışlar həmçinin Alimpaşa Məmmədovun yaşadığı evdə də aparılıb.

***

Bu gün səhər saatlarında hüquq-mühafizə orqanları Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. 

Rayondakı mənbələrdən əldə etdiyimiz məlumata görə, icra başçısı Alimpaşa Məmmədov və icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov saxlanılıb.

Xəbər yenilənəcək, bizi izləyin.

“AzPolitika.info”