Səlcuq Bayraqdar Şəhidlər Xiyabanında: “Qardaşlığımızın gözəl havasını…” – FOTO

30

“Bayraktar-TB2” markalı pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar Azərbaycana səfər edib.

O, bununla bağlı sosial media hesablarında paylaşım edib.

“Hər kəsə, can Azərbaycana salamlar!

Bu gün Bakıda rəhmətlik Heydər Əliyevin məzarını, Azərbaycan və Tür Şəhidliklərimizi ziyarət etdik.

Şəhidlərimizin ruhu şad olsun!

Qardaşlığımızın gözəl havasını birlikdə tənəffüs etdik.

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı”, – Bayraqdar bildirib. \\Publika