SƏLAHİYYƏT VƏ PUL…

207

Gələcək nəsilləri satın almaq mümkün deyil

Tənqidçi  Vissarion Belinski yazır: “Tarixdə hər hansı bir etnosa müqəvva diktatorlar və onların kölgəyəbənzər boz kardinalları deyil, yaradıcı zəkalar yer qazandırır”.

Nə vaxtdır ki, M.Şapironun «100 böyük yəhudi” kitabını vərəqləyirəm. Bütün bioqrafiyaları dönə-dönə oxuyuram. Bəli, onların çoxu nəinki heç yəhudi olduqlarını boyunlarına almamış, hətta İosif Flaviy və Lev Trotski kimi, yəhudi qırğınlarına rəvac da vermişlər.

Eləcə II Dünya müharibəsi dövründə də belələri az olmayıb.

Elə bu siyahıda yer alan İisus Xristos (İsa peyğəmbər), Benedikt Spinoza, Benjamin Dizraeli, Frans Kafka, Marsel Prust, Anri Berqson, Henrix Heyne, Ziqmund Freyd və başqa nəhənglər də yalnız yəhudi qanı daşıdıqlarına görə kitaba daxil edilmişlər. Çünki heç birinin yaradıcılığında və dünyagörüşündə zərrəcə də olsa, yəhudilik yoxdur.

Mən də 1999-cu ildə «100 böyük azərbaycanlı” kitabını  tərtib və çap etdirmişəm…

Söhbət ondan gedir ki, öz dövründə səlahiyyət və pulla özünə yer ala bilərsən, hətta qalın-qalın kitablar üstündə adın yazıla da  bilər. “LAKİN GƏLƏCƏK NƏSİLLƏRİ SATIN ALMAQ MÜMKÜN DEYİL”.

Ha bu gün əlindəki qılıncı sola-sağa hərlə, ha İsveçrə banklarının seyflərində milyardlar topla, faydasızdır. Səddam Hüseynin və Müammer Qəddafinin milyardları 40-50 rəqəmlərini çoxdan keçmişdi.

Dünənəcən Yer kürəsinin çox yerində Lenin və Stalinin heykəlləri ucalırdı, bu gün isə onları aşırdırlar. Rusiyada Lenin və onun köməkçilərinin heykəlləri qalsa da, Putindən sonra onlar da heç şübhəsiz ki, aşırdılacaq. Bunu bilmirəm necə adlandırım… Putin həm Leninin heykəllərinə toxunmur, həm də, II Nikolayın heykəllərini ucaldır.

Həqiqətin üzü mərmərdəndir, nə qədər tüpürsələr də, bir balaca yağış yağan kimi, yuyulub gedəcək.

Bəli, yəhudilər dünya elmində Vaksmann kimi zəkalarla silinməz izlər qoymuş, kəşflər etmiş, Knipper, Balnter kimilərlə musiqi inciləri yaratmışlar. Bunu danmaq olmaz. Lakin onlar Platon və Aristotel, Leonardo Da Vinçi və Rafael, Motsart və Bethoven doğa bilməmişlər. Çünki torqaçlar irqi üçün bu mümkünsüzdür. Eləcə, onların kiçik qardaşları da tarix postamentində üzü boş və məzmunsuz adamların heykəllərini ucaltsalar da, faydası yoxdur. Çünki bu cazibə qanunu kimi, dəyişilməz və pozulmaz qanundur.

Bəli, Donald Tramp kimi dılğırların adları heç arxivdə də qalmayacaq.

TARİXİN QAPISI ELEKTRON QAPIDIR. KİMİN ÜÇÜNSƏ ÖZ-ÖZÜNƏ AÇILIR, KİMİN ÜÇÜNSƏ TANKLA DA AÇA BİLMƏZSƏN.

 Əlisa  NİCAT