Şəhiryar və Aida “ər-arvad” oldu – AzTV-də yeni veriliş başlayır

468

Azərbaycan Televiziyasında yeni layihə başlayır.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin Hurriyyet.org-a verilən məlumatına görə, veriliş “Evimizdə” adlanır.

“Evimizdə” tanınmış teleaparıcılar Şəhriyar Əbilov və Aida Cəbiyevann təqdimatında efirə gedəcək. Onlar ər və arvad obrazını canlandıracaqlar.

Hər buraxılış üçün müxtəlif ssenarilər hazırlanacaq.

“Evimizdə”nin ilk buraxılışı yanvarın 23-ü saat 09:00-da yayımlanacaq.

YƏHYA