Şəhid hərbçimiz dəfn olundu — FOTO

264

44 günlük Vətən müharibəsində itkin düşən müddətdən artıq həqiqi hərbi qulluqçu, 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviç bu gün Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub. 

Hurriyyet.org APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 5 aydan çoxdur ki, itkin sayılan R. Qulamovun nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb.

Allah rəhmət eləsin!