Rusiyaya sanksiyalar: ABŞ rəhbərliyi parçalandı

237

Rusiyaya tətbiq ediləcək yeni sanksiyalardan dolayı ABŞ administrasiyasında ciddi fikir ayrılıqları yaranıb.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Bildirilib ki, ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland sanksiyalar məsələsində qətiyyətli mövqe sərgiləyir. Departamentdəki bürokratlar isə sanksiyaları prinsip etibarı ilə dəstəkləsə də, bu addımın ABŞ iqtisadiyyatına ciddi zərbə vuracağını iddia edir.

Sanksiyalar əleyhinə çıxan qrup partnyorların da mövqeyinin nəzərdə saxlanılmasını vacib sayır. Nuland isə ABŞ-ın addımının Avropa Birliyinin mövqeyinə uyğun olduğuna şübhə ilə yanaşır.