Rusiyapərəst separatçılar atəşkəsi pozdu,ukraynalı hərbçi həlak oldu

117

Hurriyyet.org xəbər verir ki, Ukraynanın şərqində Rusiya tərəfindən dəstəklənən separatçıların atəş açması nəticəsində ukraynalı hərbçi həlak olub.

Ukrayna Silahlı Qüvvələrinin açıqlamasına görə, separatçılar gecəyarısından səhər saat 7-yə qədər atəşkəs rejimini 5 dəfə pozublar. Peski və Vodyanoe qəsəbələri atəşə tutulub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ruslan Xomçak martın 30-da Ali Radada çıxışı zamanı Rusiyanın təlim keçmək adı altında öz ordusunu Ukrayna sərhədinə topladığını bəyan eləmişdi.

Ukraynanın şərqindəki vəziyyətin dinc yolla nizamlanması üzrə üçtərəfli (Ukrayna, ATƏT, Rusiya) əlaqə qrupu 2020-ci il iyulun 27-dən etibarən atəşkəsin tam bərqərar olması barəsində razılaşma əldə edib.

2014-cü ildən bəri Ukraynanın şərqində baş verən toqquşmalar nəticəsində 13 min nəfərdən çox insan həlak olub.