Rusiyanın ixracı rekord həcmdə azaldı

156

Rusiyanın ixracı 2020-ci ildə 20,7% azalıb.

Axar.az xəbər verir ki, bu məlumatı “FinExpertiza” portalı yayıb. Məlumata görə, ixrac 88,1 milyard azalaraq 338,2 milyard dollar təşkil edib. Bu, son beş ildə qeydə alınan ən böyük azalma olub.

Qeyd edək ki, sonuncu dəfə Rusiyada ən böyük azalma 2015-ci ildə 31,1% olub.