Rusiyanın dəstəklədiyi separatçılar atəşkəsi pozdu, iki ukraynalı hərbçi həlak oldu

126

Hurriyyet.org xəbər verir ki, Ukraynanın şərqində yerləşən Donbass bölgəsində Rusiyanın dəstəklədiyi separatçıların açdıqları atəş nəticəsində 2 nəfər Ukrayna hərbçisi həlak olub. Məlumatı Ukrayna Silahlı Qüvvələri verib. Açıqlamada deyilir: “Rusiya işğal qüvvələrinin bombardmanına müdafiəçilərimiz atəş açaraq cavab verdilər”.

Açıqlamada Rusiyanın dəstəklədiyi separatçıların son 24 saat ərzində yeddi dəfə atəşkəsi pozduğu bildirilir.