Rusiyadan Yunanıstana açıq dəstək! Hərbi gəmilər yola düşdü

519

Hurriyyet.org xəbər verir ki, Şərqi Aralıq və Egey dənizlərində Türkiyəyə qarşı cəbhə yaradan Yunanıstana Rusiyadan dəstək gəlib.

Osmanlı imperatorluğunun tabeliyindən çıxmasının 200-cü ildönümünü qeyd eləməyə hazırlaşan Yunanıstana həm ABŞ, həm Rusiya gəmiləri vasitəsi ilə açıq dəstək gəlib.

Bəlli olduğu kimi, ABŞ-ınUSS Eisenhower  təyyarə gəmisi Krit adasındakı Suda bazasına lövbər atıb.

Rusiya Prezidenti V.Putin Yunanıstanın müstəqillik günü bayramında iştirak eləməsə də, Rusiya bayram tədbirlərində iştirak üçün bir hərbi gəmi göndərib. “Admiral Kasatonov” adlı freqat paytaxt Afinadakı Pire limanına lövbər atıb.  Bu barədə xəbəri Rusiyanın Afinadakı səfiri rəsmi “Tvitter” hesabında paylaşıb.