Rusiyadan təhdidvari açıqlama: “Ukrayna NATO-ya daxil olsa”

189

Hurriyyet.org xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Ukraynanın NATO-ya daxil olmasının ölkədəki böhranı daha da ağırlaşdıracağını söyləyib.

Peskov Ukraynanın NATO tərkibinə daxil olmasının ölkədəki daxili böhranı pozmağa kömək etməyəcəyini bildirib: “Bizim fikrimizcə, bu, vəziyyəti daha da pisləşdirəcəkdir. Çünki NATO-ya daxil olmaqdan söhbət gedərkən heç bir halda xalqın rəyi diqqətə alınmaya bilməz”.

Peskov Donbas əhalisinin NATO üzvlüyünü qəbul edilməz hesab elədiyini iddia edib.

Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun Baş katibi Yens Stoltenberq isə telefon danışığı zamanı Ukraynada ordu və müdafiə sənayesi sistemində islahat almaq məsələsində qətiyyətli olduğunu bildirərək deyib: “Artıq Rusiyanın qarşısını yalnız islahatlarla almaq olmaz. NATO Donbasdakı müharibəni bitirmək üçün yeganə yoldur”.