Rusiyadan ABŞ-a xəbərdarlıq

18

Rusiya ABŞ və ya digər bir ölkənin onunla güc mövqeyindən danışmasına imkan verməyəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Amerikalılar indi təkrarlayırlar ki, hər kəslə güc mövqeyindən danışacaqlar. Putin, Rusiya rəhbərliyindən digər heç kim ABŞ-ın Rusiya ilə güc mövqeyindən danışmasına imkan verməz. Bu, müzakirə mövzusu deyil”, – Peskov əlavə edib.