Rusiyada qarışıqlıq. Kütləvi etiraz aksiyaları hökuməti qorxuya saldı

675

200 nəfərə yaxın aksiya iştirakçısı həbs edilib

Hurriyyet.org xəbər verir ki, “Moskovskaya tişina” istintaq izolyatorunda həbsdə olan olan müxalifətçi Aleksey Navalnının dəstəklənməsi üçün keçiriləcək aksiyalar ərəfəsində Moskvada, Puşkin meydanında həbslər başlabıb. Asayiş keşikçilərinin yaxaladıqları ilk adam nə isə deməyə çalışan bir kişi olub.

“Kommersant” qəzetinin məlumatına görə, polis əməkdaşları meydanda patrulluq edir və yaxaladıqları vətəndaşları Tver küçəsindəki avtobuslara mindirirlər. Müxbirin məlumatında təqribən dəqiqədə iki nəfərin tutulduğu bildirilir.

Həmçinin, Navalnının Moskva qəragahının koordinatoru Oleq Stepanov da həbs olunub.

Hazırda Puşkin meydanının ətrafı polis və xüsusi texnika vasitəsilə mühasirəyə alınıb.

“OVD-info”nun hesablamalarına görə, indiyə qədər artıq 200 nəfərə yaxın Navalnı tərəfdarı saxlanılıb.