Rusiyada qanun qəbul edildi – Vladimir Putin prezidentlik müddətini yeniləyəcək

435

Rusiya Dövlət Duması prezidentlik müddətinə dair qanun qəbul edib və hazırkı dövlət başçısı Vladimir Putinə yenidən prezidentlik uğrunda mübarizə aparmaq hüququ verib. Bu barədə parlamentin aşağı palatasının saytında məlumat verilib. Rusiya Federasiyası Konstitusiyasına edilmiş dəyişikliyə görə, prezidentlik müddətinə məhdudiyyət hazırkı dövlət başçısının əvvəlki müddətlərinə aid olunmayacaq. Beləliklə, Putin yenə də iki dəfə seçilə biləcək. Yeni qanunla bü yüksək vəzifəyə yeni məhdudiyyətlər də gətirilib. Belə ki, heç vaxt başqa dövlətin vətəndaşı olmayan, 25 ildən az olmayaraq Rusiyada yaşayan, 35 yaşından yuxarı şəxslər prezident seçilə bilərlər. Yalnız Krımlılar istisnadır.

Ülviyyə Şükürova