Rusiyada peyvənd vurduranlara pulsuz yumurta veriləcək

51

Hurriyyet.org xəbər verir ki, Rusiyada peyvəndə həvəsləndirmə məqsədi ilə maraqlı bir addım atılması gözlənilir. 

Rusiyanın Xabarovsk diyarındakı tibb mərkəzlərində yaşı 60-ı keçmiş şəxslər peyvənd olunduqdan sonra 10 ədəd pulsuz yumurta alacaqlar. Xarabovsk rəhbərliyi bu məqsədlə yumurta istehsalçılarının öz məhsullarından vətəndaşlara pay verəcəyini bildirib.

Bu gün və sabah 14 peyvənd mərkəzində yumurtaların paylanılması işi başlanacaq.

1,3 milyon əhalisi olan Xabarovsk diyarında indiyə qədər 78 min nəfərdən artıq vətəndaşa peyvənd vurulub. Rayonda indiyə qədər 50 mindən artıq yoluxma, 380 ölüm faktı qeydə alınıb.