Rusiya Zəngəzuru 2 dayaq məntəqəsi ilə “örtüb” – Paşinyan bəyan edib

36

44 günlük müharibənin yekunlarna görə, Ermənistanın Azərbaycanla həmsərhəd bölgəsinə çevrilmiş Sünik vilayətində (Zəngəzur) Rusiyanın 102-ci hərbi bazasının iki dayaq məntəqəsi yaradılıb. Bu barədə mayın 3-də Ermənistanın Baş naziri vəzifələrini icra edən Nikol Paşinyan parlamentdə çıxışı zamanı bəyan edib.

Xəbəri «VERELQ» analitik-informasiya portalı yayıb.

Bu zaman hökumət başçısı qeyd edib ki, Ermənistanın xarici təhlükəsizliyinin əsasını Ermənistan-Rusiya hərbi ittifaqı təşkil edir. «Ermənistanın xarici təhlükəsizlik sistemi nə müharibəyə qədər, nə də müharibədən sonra dəyişikliyə uğramayıb. Və bu sistem ilk növbədə, Ermənistan-Rusiya birgə ordu qruplaşmasına və Qafqazdakı birləşmiş bölgəsel HHM sisteminə əsaslanır» – Nikol bildirib.

Onun sözlərinə görə, bu, nəinki təkcə Sünik vilayətinin, bütövlükdə Ermənistanın təhlükəsizliyinin təminatı üçün zəmanətdir.

Nikol Paşinyanın bu bəyanatı növbəti dəfə açıq şəkildə nümayiş etdirir ki, əslində, Rusiya bölgədə ermənilərin himayəsi ilə məşğuldur və bu missiyasını «sülhməramlı» pərdəsi altında məharətlə gizlədir.

AzPolitika.info