Rusiya virtual rubl dövriyyəsini işə salmağa hazırlaşır

81

Hurriyyet.org xəbər verir ki, Rusiya Mərkəzi Bankının sədr müavini Olqa Skoroboqatova Moskva şəhərində keçirilən mətbuat konfransında 2022-ci ildə virtual rubl testlərinin aparılacağını bildirərək deyib: “Testlərdən sonra rublun yol xəritəsini müəyyənləşdirəcəyik”.

Olqa Skoroboqatova deyib: “Virtual rublların hamısı virtual pulqablarında saxlanılacaq. Şəxslərin və şirkətlərin virtual saxlanclarında topladıqları məbləğin həcmi ilə bağlı heç bir məhdudlaşdırma olmayacaq”.