Rusiya Ukraynaya raket zərbəsi endirəcəyi ilə hədə-qorxu gəlir: “Bu dəfə Rusiya öz yumruğunu göstərə bilər”

312

“Rusiya Zabitləri” şurasının üzvü Aleksandr Penerciyev “Nation News” nəşrinə müsahibəsində bildirib ki, Donbassda hərbi əməliyyatlar bərpa olunarsa, Rusiya öz ordusunu açıq şəkildə döyüşlərə cəlb edə bilər. Ekspert bildirib ki, bölgə əhalisinə xeyli sayda rus pasportlarının verilməsi Kremlə özünün yeni vətəndaşlarını Ukraynaya qarşı “müdafiə etmək” adı altında açıq hərbi əməliyyatlara başlamaq imkanı verə bilər. Onun sözlərinə görə, bununla rus ordusu uzaq məsafədən raket zərbəsu endirə və ORDLO(Donetsk və Luqansk vilayətlərinin xüsusi bölgələri) üzərində hava məkanını qapada bilər. “Rusiya həqiqətən güc tətbiq edə bilər…Ordu yeritmək mütləq deyil, bizim uzaq məsafədən raket zərbəsi endirmək imkanımız var, Donass üzərində hava məkanını qapatmaq imkanımız var”, deyə Perenciyev bəyan edib. Onun sözlərinə görə, Rusiya sözsüz ki, Kremlə tabe olan hərbi qüvvələrə kömək edəcək və hərbi əməliyyatlar bərpa olunarsa, yenidən bölgəyə hərbi texnika ilə silah yollayacaq: “Rusiya Ukraynaya “hərbi yumruq” göstərməyə hazırdır”. “Kiyevin aqressiyası olarsa, Rusiya hərbi texnika ilə kömək edəcək. Rusiya Ukrayna ilə hələ döyüşməyib, amma bu dəfə ona öz yumruğunu göstərə bilər, həm də çox sərt şəkildə”, deyə ekspert bildirir.

 

Tərcümə etdi: Ülviyyə Şükürova