Rusiya Ukrayna sərhədlərindən geri çəkilir: Zelenski bu addımı alqışladı

75

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın öz qoşunlarını daimi mövqelərinə geri çəkəcəyini elan etməsini məmnuniyyətlə qarşılayıb.

Ukrayna prezidenti öz Twitter paylaşımında bu məmnuniyyətini dilə gətirib.

O bildirib ki, sərhədlərindəki əsgər sayının azalması gərginliyi nisbətən azaltacaq.

Ukraynanın Donbasdakı hərbi mövcudluğu azaldacaq və vəziyyəti sakitləşdirəcək hər bir addımı alqışladığını, lakin ehtiyatlı olduğunu söyləyən Zelenski ölkəsinin sülh istədiyini bir daha vurğulayıb.

Xatırladaq ki, bu gün Rusiya Müdafiə Naziri Sergey Şoyqu Rusiyanın cənub və qərb bölgələrindəki hərbi təlimlərin sona çatdığını və birliklərin geri çəkiləcəyini açıqlamışdı. \\Ovqat.com