Rusiya Ukrayna ilə sərhədə Pantsir sistemləri yerləşdirir

147

Hurriyyet.org xəbər verir ki, Rusiya ilə Ukraya arasında Donbasla bağlı gərginliyin davam elədiyi bir zamanda Moskva hakimiyyətinin Ukrayna sərhədinə Pantsir hava hücumundan müdafiə sistemləri göndərdiyi xəbəri yayılıb.

Ukraynanın Donbas bölgəsində rusiyapərəst separatçılarla imzalanmış atəşkəs müddətinin  1 aprel tarixində başa çatmasından bəri regionda ciddi hərbi canlanma hiss olunur.

Rusiya Ukrayna ilə sərhədə hərbi qüvvələr və silah-sursat toplamaqdadır.

Ukraynanın da cavab olaraq sərhəd rayonlara tanklar və hərbçilər yerləşdiyi bildirilir.

Krım Xəbər Agentliyinin verdiyi xəbərə görə, Rusiya dəmir yolu vasitəsi ilə rayona Pantsir-S1 qısa və orta mənizli raket və təyyarəvuran sistemləri gətirib.