Rusiya Suriyanı “özəlləşdirir”? – Əsəd və İran qüvvələri sıxışdırılır

384

Yerli əhali muzdlu rus ordusuna cəlb edilir, Əsəd qüvvələrinin Hasekeyə daxil olması məhdudlaşdırılır

Hurriyyet.org xəbər verir ki, Rusiya Türkiyənin cənub sərhədləri boyunca, Suriyanın şimalında öz hərbi varlığını gücləndirməkdədir.

Suriyada Əsəd hökuməti ilə YPG/PKK terror təşkilatı arasında gərginlik olduğu bir dövrdə Rusiya gözlənilməz addım atıb. Rusiya Haseke şəhərinə hərbçilərini göndərərək regionda hərbi birləşmə qurmağı qərara alıb. Yerli mənbələrin verdiyi məlumata görə, Rusiya bir müddət Əsəd hökuməti ilə YPG/PKK arasında gərginliyə səhnə olan Hasekedə hərbi varlığını gücləndirməkdədir. 2020-ci il 25 dekabr tarixindən bəri Hasekedə 1000 nəfərə yaxın Rusiya hərbçisi yerləşdirilib. Rusiya artıq Əsəd hökumətinin nəzarəti altındakı rayonlarda yerli əhalidən özünə tabe olan hərbi qüvvələr qurmağa başlayıb.

İlkin mərhələdə 200 nəfərin adı qeydiiyyata alınıb. “Müdafiə xirmətçiləri” adlı hərbi birlikdə işləyənlərə ayda 300 dollar maaş veriləcək.

Rusiya 2019-cu ilin dekabr ayında Hasekedə YPG/PKK işağlı altında olan Amude rayonu və Tel Temir məntəqəsində hərbi məntəqələrini qorumaq üçün yerli qüvvələrdən ibarət hərbi hissə qurmağa çalışsa da, 2020-ci ilin aprelində ABŞ buna mane olmuşdu.

Əsəd hökuməti Şebbihaları silahlandırmağa başladı

Rusiya ilə YPG/PKK-nı 11 fevral tarixində imzaladığı razılaşmadan sonra Əsəd qüvvələrinin Hasekedə hərəkət azadlığı məhdudlaşdırılıb. Bundan sonra Əsəd hökuməti bölgədəki qüvvə tarazlığında yerini qorumaq üçün İran tərəfindən dəstəklənən Livan Hizbullahına arxalandı.

İki həftə əvvəl Hizbullah öz 200 nəfər döyüşçüsünü Hasekedəki Kamışlı hava limanına göndərsə də, Rusiya qüvvələri qısa müddət sonra Hizbullah döyüşçülərini hava limanından çıxarıblar.

Əsəd hökuməti xalq arasında “Şebbiha” kimi tanınan yerli qüvvələri silahlandıraraq, aylar sonra yenidən maaş ödəyib. Hizbullah təşkilatı da Şebbihalılara hərbi təlim verməyə başlayıb.

Əsəd rejimi ilə PKK arasında gərginlik

YPG/PKK terror təşkilatının Suriyanın şimalındakı Ayn İsa məntəqəsini rejim qüvvələrinə təhvil verməsi üçün Rusiya ilə Əsəd ordusunun təzyiqinə məruz qalması tərəflər arasındakı gərginliyi artırmışdı.

Təşkilat Kamışlı rayonunda Əsəd qüvvələrinin nümayəndələrini girov götürmüşdü.

Tərəflər Haseke ilə Hələbdə bir-birini blokadaya salmağa başlamış, Rusiyanın vasitəçiliyi ilə gərginlik azalmışdı.

Rusiyanın diqtəsi ilə əldə edilən razılaşmadan sonra Əsəd qüvvələri Haseke ilə Kamışlı rayon mərkəzlərində təşkilatın icazəsi və nəzarəti altında hərəkət eləməyi qəbul eləmişdi.

Rusiyanın regionda güclənməsi

Türkiyənin 2019-cu il 9 oktyabr tarixində YPG/PKK təşkilatına qarşı Barış bulağı əməliyyatına başlamasından sonra ABŞ hərbçilərinin Suriyanın şimalında boşaltdığı bəzi bazalara Rusiya qüvvələri yerləşmişdilər.

O tarixdən bəri Rusiya Fərat çayının şərqində YPG/PKK işğalı altındakı bölgələrdə bazaların və zastavaların sayını artıraraq varlığını gücləndirir.

Suriyanın Haseke, Rakka rayonlarında, Hələbin Menbiç və Aynulərəb (Kobani) rayonlarında YPG/PKK terrorçularının işğalı altındakı ərazilərdə Rusiyanın ümumilikdə 18 bazası və zastavası var.

Barış bulağı əməliyyatından sonra Rusiya ordusu Kamışlı rayonunun şərqində yerləşən Rümeylan neft yataqlarına çatmaq üçün bir çox cəhdlər eləsə də, ABŞ ordusu daima buna əngəl olub.