Rusiya sülhməramlılarının komandanı Ermənistanın müdafiə naziri ilə görüşdü

168

Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradovla görüşüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Arutyunyan general-leytenant Muradova əsirlərin mübadiləsindəki fəal iştirakına və itkin düşənlərin axtarışında göstərdiyi köməyə görə təşəkkür edib, rus kontingentinin fəaliyyətinin səmərəliliyini v urğulayıb.

Görüşdə bir sıra qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunulub. Arutyunyan əldə olunmuş razılaşmaların qorunması üçün işlərin davam etdirilməsinin vacibliyini bildirib.

Xatırladaq ki, dünən Azərbaycan və Ermənistan arasında növbəti dəfə hərbi əsirlərin mübadiləsi baş tutub. Bir nəfər Azərbaycana, 5 hərbi əsir isə Ermənistana qaytarılıb.