Rusiya səfirliyi: Terrorla mübarizədə Türkiyə ilə həmrəyik

147

“Terrorla mübarizədə Türkiyə ilə həmrəyik”.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Türkiyədəki səfirliyi öz “Twitter” səhifəsində yazıb.

Səfirlik Türkiyə Ordusunun İraqın şimalında keçirdiyi antiterror əməliyyatı zamanı həlak olanlara başsağlığı verib: “Terrorla mübarizədə Türkiyə ilə həmrəyik. Türk xalqının ağrı-acısını bölüşürük. Şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”.

Qeyd edək ki, Türkiyə Ordusunun İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində 3 hərbçi həlak olmuş, 13 əsir PKK mənsubları tərəfindən güllələnmişdi