Rusiya ruslar üçündür? – Putinin cavabı

168

“Rusiya ruslar üçündür” şüarı mağara millətçiliyidir.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O, bu şüarın rus insanına zərərli olduğunu deyib:

“Rus xalqı dövlət qurandır. Lakin çoxmillətli və çoxdinli Rusiyanı saxlamaq üçün hər etnosun nümayəndəsinin özünü vətənindəki kimi hiss etməsi lazımdır. O, burada müdafiə olunur və həyatını ölkənin müdafiəsi üçün verməyə hazırdır. Bu nöqteyi-nəzərdən problemə baxsaq görərik ki, “Rusiya ruslar üçündür” şüarı mağara millətçiliyidir və ruslara zərərlidir”.