Rusiya razılıq versə, Donbas bir həftəyə həll olar – Ukrayna

201

Əgər Rusiya sabah Ukrayna ilə bağlı əldə edilən razılaşmaları icra etsə, Donbasdakı konflikt bir həftəyə bitəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin əvvəlki kimi yalnız bir şeyi – gücü başa düşür:

“Bu dəyişməyib. O həqiqətən yalnız gücü başa düşür. Putini güzəştə getməyə məcbur edəcək güc şəraiti necə yaradılmalıdır sualına gəlincə biz diplomatiya dünyasında yaşayırıq. Ona görə də güc ən vacibidir və məsələ onu kimin, necə istifadə edəcəyidir”.