Rusiya Qara dənizdə yolları kəsdi, Ukrayna və NATO etiraz etdi

108

Hurriyyet.org xəbər verir ki, Rusiya Federasiyası Qara dənizin üç rayonunu xarici gəmilərin üzünə bağlayıb.

Rusiya qarşıdakı yarım il ərzində xarici hərbi gəmilərin və başqa dövlət gəmilərinin Qara dənizin üç rayonuna daxil olmasına icazə verilməyəcəyini bəyan edib.

Məhdudiyyət 24 aprel (saat 21.00-dan etibarən) tarixindən 31 oktyabr (21.00) tarixinə qədər qüvvədə olacaq və Krım sahillərinin Sevastopol ilə Qurfuz arasındakı hissəsi, Kerç yarımadasının Opuk burnu sahilləri və yarımadamın qərb sahillərindəki hövzəyə tətbiq olunur.

Rusiyanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, bu rayonların hamısı Rusiyanın ərazi sularıdır. Kerç boğazı və ona giriş yasaq zonalar ərazisinə daxil deyil.

Rusiya MN qərarı Ukrayna ilə Qərb ölkələrində hiddət doğurub. Ukrayna XİN rəsmi Moskvaya etirazını bildirib, NATO təşkilatı isə narahatlığınə bəyan edərək gəmi səyahətlərinə azadlığı və Ukrayna limanlarına giriş imkanlarını təmin eləməyi tələb edib.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Rusiyanın Qara dənizin müəyyən rayonlarına xarici gəmilərin daxil olmasını müvəqqəti olaraq dayandırmaq qrəarı barəsində danışarkən, ABŞ-ın bundan dərin narahatlır keçirdiyini bildirərək deyib: “Rusiya dəfələrlə Ukraya gəmilərinə qarşı aqressiv addımlar atıb və Azov dənizindəki Ukrayna limalarına girişə mane olub. Bununla da Ukraynanın beynəlxalq ticarətinə mənfi təsir göstərib. Bu, Moskvanın Ukraynada qeyri-sabitlik yaratmaq üçün davam etdirdiyi kampaniyasında növbəti addımdır”.