Rusiya Niderland diplomatlarını ölkədən çıxaracaq

297

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi Niderland səfirliyində çalışan iki diplomatın ölkədən çıxarılmasına qərar verildiyini bildirib. Diplomatlara Rusiyanı tərk eləmələri üçün iki həftə möhlət verilib.

Rusiya XİN bunu iki rus diplomatının Niderlandda “arzuolunmaz şəxs” elan edilməsinə cavab addımı olduğunu bəyan edib.

Dekabrın əvvəlində Niderland hakimiyyəti iki rusiyalı diplomatı casusluqda ittiham edib və onları “persona non qrata” elan edib. İddiaya görə, rusiyalıların diplomatik statusu onların əsl fəaliyyətini gizlədən örtük olub və onlar əslində Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin zabitləri olublar.