Rusiya muzduları Liviyada qiyamçılarla əməkdaşlığa davam edir

99

Hurriyyet.org xəbər verir ki, Liviyada qiyamçı Xəlifə Həftər ilə Rusiyanın muzdlu əsgərlərinin sıralarında canlanma olduğu xəbəri yayılıb. Bu barədə açıqlamanı Tripolidəki mərkəzi hakimiyyət verib.

“Qəzəb vulkanı əməliyyatı otağı”nın mətbuat xidməti tərəfindən verilən açıqlamada tripolinin cənubundakı Şuveyrif rayonunda Rusiyanın muzdlu hərbçiləri ilə Həftər qüvvələrindən ibarət hərbi karvanın aşkar edildiyi qeyd olunub.

Karvanın 63 hərbi texnika və silah-sursatla yüklənmiş 3 yük maşınından ibarət olduğu, Rusiya istehsalı olan “Pantsir-S1” tipli Hava Hücumundan Müdafiə Sisteminin də  karvanda yer aldığı bildirilir.

Ofis tərəfindən verilən açıqlamada bu canlanmanın Cenevrədə keçirilmiş 5+5 Birgə Hərbi Komitə görüşləri nəticəsində imzalanan razılaşmaya zidd olduğu vurğulanıb.