Hurriyyet.org xəbər verir ki, Rusiya hərbçiləri Ermənistana son sutka ərzində 189 erməni gətiriblər.
Rusiyanın Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumata görə, ümumilikdə 2020-ci il 14 noyabr tarixindən bəri rus hərbçilər İrəvandan Dağlıq Qarabağa 49827 erməni köçürüblər.
Rusiya MN erməniləri Qarabağa daşımaqla yanaşı, onlara humanitar yardım göstərmək, mülki infrastukturu bərpa eləmək işləri ilə məşğul olur.