“Rusiya işğalına qarşı müqavimət göstərən hər bir ölkə, hər bir xalq müttəfiqimizdir” – XAQANİ CƏFƏRLİ

186

“Ukraynanın öz müstəqilliyini qoruması Dərbəndin azadlığının çox da uzaqda olmaması deməkdir”

“Rusiyanın Ukraynaya qarşı yeni işğalçılıq siyasətinə qarşı çıxmaq, ukraynalılara siyasi-mənəvi dəstək olmaq mənəvi borcumuzu yerinə yetirməklə yanaşı, Dərbəndin 225 illik rus işğalından azad edilməsi istiqamətində də ilk addım olacaqdır”. Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloqun sözlərinə görə, vətənpərvər soydaşlarımız unutmamalıdır ki, Dərbənd Təbrizdən sonra ən müqqədəs şəhərimizdir: “Bu müqəddəs torpağımız rus işğalında qaldıqca Rusiya imperiyasının işğalına qarşı müqavimət göstərən hər bir ölkə, hər bir xalq bizim müttəfiqimizdir. Bir ölkənin, bir xalqın Rusiya əsarətindən xilas olması bizi Dərbəndin azadlığına bir addım yaxınlaşdırır”. Xaqani Cəfərli hesab edir ki, Ukraynanın öz müstəqilliyini qoruması Dərbəndin azadlığının çox da uzaqda olmaması deməkdir: “Çünki Ukraynasız Rusiya heç bir zaman böyük güc ola bilməyəcək. Bir imperiya böyümürsə, onun çöküşü qaçılmazdır!”

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.az