Rusiya ilə İtaliya arasında da diplomatik gərginlik

93

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi Romanın addımlarına cavab olaraq İtaliyanın Moskvadakı səfirliyinin bir əməkdaşını “arzuolunmaz şəxs” elan edib.

RF XİN-in açıqlamasında deyilir: “Aprelin 26-də İtaliyanın Moskvadakı səfiri Paskuale Terraççano Rusiyanın Xarici İşlər Nazirliyinə dəvət edilib. Burada ona İtaliya Respublikasının Rusiya Federasiyasındakı hərbi-dəniz attaşesinin müdafiə məsələləri üzrə köməkçisi K.Paçifiçinin persona non qrata elan edildiyi barəsində nota təqdim edilib. Bu addım Rusiyanın Romadakı səfirliyinin hərbi attaşesinə münasibətdə İtaliya hökumətinin əsassız və düşməncəsinə münasibətinə qarşı cavab tədbiridir”.

İtaliya səfirliyinin müdafiə məsələləri üzrə attaşesinin köməkçisi 24 saat ərzində Rusiya ərazisini tərk eləməlidir.