Rusiya ilə Aİ arasında gərginlik: “Sülh istəyən hərbə hazır olmalıdır!”

1053

Hurriyyet.org xəbər verir ki, Rusiya iqtisadiyyatının həssas sahələrini risk altında qoyacaq yeni sanksiya həmlələrinin ediləcəyi təqdirdə Avropa İttifaqı ilə münasibətləri dayandığmağa hazır olduqlarını bildirib. Bu açıqlamanı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov verib.

Lavrov deyib: “Hazır olduğumuz düşüncəsi ilə hərəkət edirik. Bundan əvvəl dəfələrlə gördüyümüz kimi, ən həssas sektorlar da daxil olmaqla, hər hansı bir sektorda iqtisadiyyatımız üçün risk yaradacaq sanksiyaların tətbiq edildiyini bir daha görsək, vəziyyət belə olacaq. Özümüzü dünayadan qoparmaq istəmirik, lakin buna hazır olmalıyıq. Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan”.

Müxalifətçi Aleksey Navalnıya qarşı məhkəmənin qərarı ilə əlaqədar olaraq, Avropa İttifaqının Rusiyaya qarşı sanksiya təklifləri üzərində işləməyə başlaması xəbərini “Blumberq”ə məlumat verən mənbələr verib. Həmin informasiyaya görə, fevralın 10-da Avropa İttifaqı ölkələrinin nümayəndələri qapalı iclas keçirərək, mümkün tədbirləri müzakirə ediblər və iclasda heç kim Rusiyaya qarşı məhdudiyyətlər qoyulmasının əleyhinə çıxış etməyib.

Rusiya-Avropa İttifaqı  böhranı

Rusiyanın Xarici İşlər Nazirliyi İsveç, Polşa və Almaniya diplomatlarını Kremlə qarşı müxalifətdə olan Aleksey Navalnıya dəstək verdikləri üçün ölkədən çıxaracaqlarını bəyan eləmişdi.

Bundan sonra Almaniya, Polşa və İsveç ölkələrinin hər biri  bir rus diplomatını “arzuolunmaz şəxs” elan etmişdi.

Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell məsələ ilə bağlı belə deyib: “Görünür ki, Rusiya getdikcə Avropa ilə əlaqələrini kəsməkdədir”.

Kremlin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı belə deyib: “Diplomatların ölkədən çıxarılması qanunsuz hadisələr zamanı Moskvadakı bəzi xarici nümayəndəliklərin fəaliyyətinin nəticəsidir. Rusiya bu cür fəaliyyətə yol verməyəcəyini qəti şəkildə göstərdi”.