Rusiya hakimiyyəti tayqanı kirayəyə verməyi düşünür

300

Blomberq yazır ki, Rusiya hakimiyyəti meşə sahələri salmaq və “karbon kreditləri“ni satmaq üçün taiga ərazilərini icarəyə vermək istəyir. Tayqanın karbon qazını udma qabiliyyəti barədə məlumatların yerləşdirildiyi xüsusi rəqəmsal platforma yaradılacaq. Müəssisələrə yeni ağac əkmək və mövcud olanları da qorumaq üçün investisiya təklif ediləcək. Karbonun udulması artarsa, şirkətlər “karbon kreditlərini” sata biləcəklər.

“Dünya meşələrinin yüzdə iyirmi faizi Rusiyanın payına düşür. Onları böyük bir karbonun udulması mərkəzinə çevirə bilərik”, deyə Uzaq Şərq və Arktikanın inkişaf naziri Aleksey Chekunkov bildirdi. Müəssisələr “karbon krediti” alaraq özlərinin zərərli tullantıların müəyyən qismini məcazi olaraq kompensasiya edəcəklər. Rəsmilər inanırlar ki, bu cür tədbirlər “iqlim dəyişikliyi ilə mübarizədə göstərdiyi səylərinə görə” Rusiyanın tənqid olunmasını azaldacaq. Agentliyin yazdığına görə, ikinci hədəf tayqadan pul qazanmaqdır. “Qazprom neft”, “Sibur” və “Sinara” layihədə maraqlı olduqlarını ifadə etdilər. Bundan əvvəl isə, prezident Vladimir Putin Rusiyanı Qərbin “yaşıl bucağına” çevirməyi  tapşırmışdı.

 

Tərcümə etdi: Ülviyyə Şükürova