Rusiya-Gürcüstan sərhədində qarşıdurma: ölən var

888

Rusiya-Gürcüstan sərhədində TIR sürücüləri arasında ölümlə nəticələnən kütləvi dava baş verib.

Qalmaqal neytral ərazidə baş verib. Qarşıdurmada bir nəfər ölüb.

Hadisə yerinə gürcü istintaqçıları gəlib.

Qeyd edək ki, Yuxarı Lars sərhəd-buraxılış məntəqəsində qar uçqunu səbəbindən yol bağlanıb.

Bu da yüzlərlə yük maşınlarının yığılıb qalmasına gətirib çıxarıb. \\Axar