RUSİYA FEDERASİYASININ SÜQUTU YAXINLAŞIR – Qəvami Sadıqbəyli yazır

999

SSRİ necə dağıldı?.. 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiysının baş katibi seçilən  Mixail  Qorbaçov  Böyük  Britaniyanın  o  vaxtkı baş naziri  Marqaret Tetçer, ABŞ prezidenti  Ronold  Reyqanla  görüşündən  sonra   kapitalist  və   sosialist  ölkələri   arasında  uzun  illər  davam  edən “soyuq  müharibə”yə  son  qoyulması   haqqında  razılığa  gəldi.

Çox  keçmədən   SSRİ-də  “aşkarlıq”,  “yenidənqurma” şüarları  səsləndirildi. Nəhəng ölkənin  ayrı-ayrı subyektlərində  vətəndaşlar  qaynamağa  başladı.  Respublikalarda millətlər  arasında   ədavət  qızışdırıldı. Buna  qarşı çıxışlar  vüsət  aldı.

1986-cı ildə  Qazaxstanda  ruslarla  qazaxlar, 1988-ci  ildə  Özbəkstanın  Fərqanə  vilayətində  özbəklərlə  məhsəti  türkləri  arasında  qarşıdurma  yaradıldı. 1989-cu  ildə Gürcüstanın  paytaxtı  Tiflisdə  günahsız  sakinlər  güllələndi.

1988-ci  lidə   Şuşa  şəhərinin  yaxınlığında  separatçı  ermənilər  tərəfindən  “Topxana”  meşəsinin  qırılmasına  etiraz  edən Azərbaycan  xalqı  küçələrə   axışdı.  O  zaman  Bakının  meydanlarına   1 ( bir ) milyondan  artıq  insan  çıxmışdı. Lakin   həmin  dövrdə  SSRİ  rəbərliyi  xalqı  əzmək  üçün  tutarlı  bəhanə  tapa  bilmirdi. Nəhayət, 1990-cı ilin  yanvarında   seperatçı  gizli   təşkilatlarına  pul  köçürməyən erməniləri  özləri  öldürüb,  azərbaycanlıların  boynuna  atdılar. Paytaxt Bakı  şəhərinə Sovet  Ordusu  yeridildi.  Bu sətrlərin  müəllifi  o  vaxt   AXC-nin  qərarlarını  bizlərə  çatdıran  Ələskər  Siyablının  göstərişiylə,  yerlərdə  vəziyyəti  yoxlamaq  üçün  bir  neçə  nəfərlə   o  zamanlar  rus- sovet  qoşunlarının  şərəfinə  adlandırılan   11-ci “Qızıl Ordu ”  meydanına  getmişdi(İndi  həmin  meydanda  şəhidlərin  şərəfinə  “20 yanvar” metrostansiyası yerləşir).

19  yanvar,  saat  23:45- dən   başlayaraq  odlu  silahlardan  atəşlər  acıldı ,  ölən  və  yaralananlar  oldu. Məni  də  rus  hərbçilərinin  ğülləsindən  Allah saxladı.   Bütün  gecə   boyu  şəhərin  müxtəlif  yerlərində  dinc  əhali  rus – erməni  əsgərlərinin  atdığı   güllələrlə  qətlə  yetirildi.  20  yanvarın  səhəri  məlum  oldu  ki,  yüzlərlə  insan  şəhid  olmuşdur.

Azərbaycan  Kommunist  Partiyasının  1-ci  katibi  (ölkənin  o  vaxtkı  rəsmi  rəhbəri )  Əbdurrəhman  Vəzirov  Moskvaya  qaçdı.  Respublika  faktiki olaraq başsız  qalmışdı.  Ölkə  daxilində  fəaliyyət  göstərən  rəsmi  qurumlar  iflic  olmuşdu.

1989-cu  ilin   16  iyulunda  təsis  olunmuş   AXC-nin (Azərbaycan  Xalq  Cəbhəsi) İdarə  Heyətinin  üzvləri  Əbülfəz  Elçibəyin   sədrliyi  ilə  çaşqın  vəziyyətə  düşmüş,  xalqı  bacardığı  qədər  sakitləşdirməyə  çalışırdı. O  dövrlər  ölkə  əhalisinin  əkksəriyyəti  AXC-nin  sıralarına  qatılmışdı. Elə  bunun  məntiqi  nəticəsi  olaraq  1991-ci  il oktyabr  ayının  18-də  xalqın  tələbi  ilə  Ali Sovet (Milli  Məclis) Müstəqillik  Aktı  qəbul  etdi  və  Azərbaycan   SSRİ-dən  ayrıldı.

Onu  da unutmaq  olmaz  ki,  1979-cu  ildə  Sovet   qoşunlarının  Əfqansıtana  hərbi  müdaxiləsi  və  uzun  illər  orada  müharibə  aparması  nəticəsində  SSRİ  ağır  maliyyə  itkisinə  məruz  qalmışdı.

Milli  məsələlərə  ədalətsiz  münasibət,  başqa  ölkələrin  ərazisinə  işğalçı  hərbi  müdaxilələr   ölkəni  zəiflətmişdi.

M.S.Qorbaçovun  “islahatlarından”  sonra  isə  igtişaşlara  və  sosial  iqtisadi  böhranlara  məruz  qalan   SSRİ-nin  dagılması  qaçılmaz  idi.  Bütün  bunların  məntiqi  nəticəsi  olaraq  nəhəng  SSRİ  çökdü  və  1991-ci  ilin dekabr  ayının  12-də  özünü  buraxmağa  məcbur  oldu .

1991-ci  lildən   sonra  SSRİ-dən  ayrılan  respublikalar  müstəqil  dövlətlər  kimi   BMT-nin  ( Birləşmiş  Millətlər  Təşkilatı )  üzvü   oldular.  Lakin  özünü SSRİ-nin  varisi  elan  edən  Rusiya  Federasiyası  hegemonluğundan  yenə  əl  çəkmək  istəmədi. Xüsusilə   Prezident  V.Putinin   imperialist, xarici  işlər naziri  S.Lavrovun  intiriqaçı  siyasəti, Rusiya Federal  Dumasının  rəhbərlərinin  və  bəzi  üzvlərinin  şovinist  çıxışları  onu  göstərir  ki, bu  ölkəni  idarə  edənlər  odla  oynayırlar.

Dünyanın  mədəni  xalqları   mehriban  münasibət  qurur, ölkələrinin  iqtisadiyyatını  gücləndirir, əhalisinin  sosial  tələbini  təmin  edir. Təbii  fəlakətlərin   fəsadlarının  aradan  qaldırılmasında  bir-birinə  kömək  edir. Vətəndşlarının  sosial  həyat  səviyyəsinin  yüksəldilməsi  məsələsində  yarışırlar.

Dünyanın  ən  böyük  ərazisinə  sahib  olan  rus  şovinist  dövlət  adamlarının  isə  gözü  doymur. Ağıllı  iqtisadi – sosial  siyasət  aparıb,  əhalisinə  yağ  bal  əvəzinə, başqa  xalqların  nifrətini  yedizdirirlər.  Hərbi  gücünə  güvənib Gürcüstana, Moldovaya,  Ukraynaya, Suriyaya,  Livana  qoşun  yeridirlər.  Xalqların  dinc  əhalisinin  həyatını cəhənnəmə  döndərirlər. Eyni  zamanda  hərbi  əməliyyatlar  prosesində  öldürülən   rus  əskər  və  zabitlərinin  analarının, bacılarının,  həyat  yoldaşlarının  və  övladlarının   gözlərini  aglar  qoyurlar .

Rusların  son  işğalçı addımlarının   davamı  onların  “sülhməramlılar”  adı  altında  Azərbaycanın   BMT  qərarları  ilə  tanınan  və  təsdiq  olunan ərazisini – Dağlıq  Qarabagı  zəbt  etməsi  oldu.   Erməmistana  4 ( dörd )  milyard  dollar  dəyərində  hərbi  texnika  ilə  yardım  edən Rusiya  faktiki  olaraq 44 (qırx  dörd )  ğünlük  müharibədə   Azərbaycan  Ordusuna  məğlub  oldu.

Bu  müharibənin  nəticələrindən  dərs  götürüb,  normal  qonşuluq  siyasəti   aparmaq  istəmirlər .  Əksinə, Azərbaycan  və  Ermənistan  rəhbərlərinə  təzyiq   göstərərək,  özlərinin  xeyrinə  işləyən  bəyanatlar   qəbul  etdirirlər. Ancaq   bir  xalq  məsəlində deyilir: “Sən  saydığını  say,   gör  fələk  nə  sayır”.

İndi  Rusiyanı  idarə  edənlər  fikirləşsinlər:  qarşıda  gözlənilən   Ukrayna,  Estoniya,  Qazaxıstan ,  Moldova konflikti   kimə  lazımdır?..   Nəhayət,   dünyanın   10   ( on )  ən  güclü  müasir  elektron  hərbi  texnikası   ilə  təhciz  olunmuş  qəhrəman  əskərləri  olan  Azərbaycan    Ordusu  ilə  yenidən  toqquşmaq  ruslara  çoxmu  lazımdır?..  Yaxud qüdrətli   Türküyə,  nüvə  silahına  malik  Pakistan  və  perespektivdə  ölkəni  içəridən  qarışdırmaq  imkanına  malik  türkdilli  xalqlarla    mübahisə  aparmaga  dəyərmi?..

Və nəhayət, məlum  oldugu  kimi,   bir  neçə  ay   bundan  qabaq  zəhərləndiyi  bildirilən  rusiyalı  məşhur  müxalifətçi Aleksey  Navalnı  bu  ğünlərdə   müalicə  olunaraq  Almaniyadan  öz  ölkəsinə  qayıdıb. Vətəninə  dönən Navalnı  xalqa  müraciət  edərək  təxminən  bu  fikirləri  söyləyib: “Düz  20  ildir  hakimiyyətdə  olan  Putin  öz  oğru  bandası  ilə vətəndaşların   sərvətini  soymaqla  məşguldur.  Xalqın  qorxusundan  bunkerdə  gizlənir. Mən  sizləri  haqqınızı  tələb  etmək  üçün  küçələrə  çağırıram.  Qalxın,  bəsdir  kasıblıq  üzündən   xəstə  yatdığınız,  ac  qaldığınız, çıxın haqqınızı  tələb  edin!”

Göründüyü  kimi, Rusiyanın  daxilində  hər  an  xalq  üsyanları  baş  verə  bilər .  Tarixdən  də  məlumdur  ki,  günü -gündən  yaşayış   səviyyəsi  pisləşən   ac  xalq  birləşib  ayaga  qalxanda     onu    idarə  edənləri    ayaqlayır, səfalət   içində  yaşamalarına  səbəb   olan  hakimiyyət  dələduzlarını  tarixin  zibilliyinə  atır. Siyasi  proseslər  belə  davam  etsə, Rusiya  Federasiyasının  süqutu  qaçılmaz  olacaq.

Qəvami  SADIQBVƏYLİ,

Jurnalist, politoloq