Rusiya Ermənistana hərbi avadanlıq göndərilməsi cəhdinin qarşısını aldı

84

Rusiyanın Ural regional operativ gömrüyünün əməkdaşları Ermənistana tankın ehtiyat hissələrinin göndərilməsinə cəhdin qarşısını alıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ural Gömrük İdarəsinin Mətbuat xidməti məlumat yayıb.

“Hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator tankın idarə edilməsində istifadə olunur. Stabilizatoru Uralın cənubundan olan Çelyabinsk vilayətinin sakini göndərib”, – məlumatda vurğulanıb.

Bildirilib ki, bu stabilizatorlar hərbi texnikalarda, o cümlədən “T-72” markalı tanklarda istifadə olunur.

Fakt üzrə cinayət işi başlanıb. Bildirilir ki, bu cinayətin cəzası 7 il həbs və ya 1 milyon rubladək cərimədir.