Rusiya Ermənistan ordusunda reformlar aparır – Nazir

123

Ermənistan Qarabağdakı döyüş fəaliyyətlərindən sonra orduda reformlar keçirir, ordu heyətini optimallaşdırır, yeni silah sistemlərinə və hərbi texnikaya keçir.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan deyib. O, bu prosesə Rusiyanın birbaşa cəlb edildiyini bildirib.

Arutyunyan islahat işlərində əsas səylərin idarəetmə sisteminin inkişafına, kəşfiyyat, radioelektoron mübarizəyə, hava hücumundan müdafiəyə, pilotsuz aviasiyaya, raket qoşunlarına və artilleriyaya yönəldiləcəyini deyib. Nazir 25-30 yanvar arasında Rusiya Müdafiə Nazirliyinin xüsusi nümayəndə heyətinin islahatlara yardımla bağlı Ermənistanda olduqlarını söyləyib.

O, Ermənistan ərazisində Rusiya ilə birgə silah istehsalının imkanlarının istisna edilmədiyini bildirib.